Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
III Çarlzın tacqoyma mərasiminin vaxtı dəyişdi
Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi 2023-cü il mayın 6-da - anası II Yelizavetanın ölümündən təxminən səkkiz ay sonra baş tutacaq.
Bukingem sarayının mətbuat xidmətinin çərşənbə axşamı yaydığı bəyanata görə, monarxa Vestminster Abbatlığında tac qoyulacaq.
“Tacqoyma mərasimi Londonda Vestminster Abbatlığında keçiriləcək və İngiltərə Kilsəsinin ruhani rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi tərəfindən aparılacaq. Mərasim zamanı Əlahəzrət Kraliça Kamilla ilə birlikdə tac qoyacaq. Tacqoyma həm monarxiyanın bu gün oynadığı rolu, həm də gələcəyə baxışı əks etdirəcək, eyni zamanda da çoxdankı mərasim ənənələrinə əsaslanacaq”, - məlumatda bildirilib.
Mərasimlə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.
Xatıradaq ki, bir müddət öncə III Çarlzın tacqoyma mərasiminin 3 iyun 2023-cü ildə keçiriləcəyi açıqlanmışdı.
Mənbə: vesti.ru
Rəylər