San-Fransisko polisi cümə günü ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə girərək əri Paula hücum edən şəxsin 42 yaşlı David Depepi olduğunu bildirib.
Bu barədə polisin sözçüsü Bill Skott mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxsin motivi hələlik müəyyən edilməyib.
Depepi adam öldürməyə cəhd, silahlı hücum, evə qanunsuz daxil olma və yaşlılara qarşı zorakılıqda ittiham olunur.
Mənbə: TASS
21:40
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San-Fransiskodakı evinə hücumun bəzi təfərrüatları məlum olub.
Hücum edən şəxs çəkiclə silahlanıb və “Nensi haradadır?” deyə qışqırıb.
Şübhəli evin arxa tərəfindəki sürüşkən şüşəli qapıdan içəri daxil olub. Həmin vaxt Pelosini evdə tapmayan təcavüzkar spikerin 82 yaşlı ərinin başına zərbə endirib.
Məlumata görə, Pol Pelosi hazırda San-Fransiskodakı Zukerberq Ümumi Xəstəxanasındadır. Ona qançır, şiddətli şişkinlik və digər xəsarətlər diaqnozu qoyulub.
Hadisənin istintaqına Federal Təhqiqatlar Bürosu (FBI) qoşulub.
Mənbə: mk.ru
17:32
Cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə hücum olub.
Nensi Pelosinin rəsmi saytında bildirilib ki, onun əri Pola hücum edilib.
“Bu gün səhər tezdən Pelosinin San-Fransiskodakı iqamətgahına cinayətkar soxulub və cənab Pelosiyə vəhşicəsinə hücum edib”, - bəyanatda deyilir.
Hücum edənin həbs olunduğu bildirilir. Həmin an Nümayəndələr Palatasının sədri evdə olmayıb.
Rəylər