Braziliyanın hazırkı dövlət başçısı Luis İnasio Lula da Silvanın seçkiqabağı qərargahı "Meta" şirkətinə qarşı ittihamla çıxış edərək, onu sosial şəbəkələrdəki paylaşımların yayılmasını məhdudlaşdırmaqda günahlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "France24" məlumat yayıb.
Qərargahın bəyanatına görə, həm Lulanın, həm də partiyanın digər nümayəndələrinin hesabları müəyyən müddət ərzində axtarış sistemlərindən yoxa çıxıb.
Bu iddialarla əlaqədar Braziliyanın Ali Seçki Məhkəməsi "Meta"ya izahat vermək üçün 48 saat vaxt verib. Şirkət isə, öz növbəsində, bu ittihamların yalan olduğunu bildirərək onları rədd edib və qeyd edib ki, yaranmış texniki problemlər təkcə Braziliyada deyil, digər ölkələrdəki istifadəçilərə də təsir göstərib.
Qeyd edək ki, oktyabrın 25-də keçirilməsi nəzərdə tutulan prezident seçkisinin ikinci mərhələsində Lula da Silva Liberal Partiyasını təmsil edən Flaviu Bolsonaru ilə rəqabət aparmalıdır.
Səsvermənin birinci turunda Bolsonaru seçicilərin 47.03%-nin, hazırkı prezident isə 45.16%-nin dəstəyini qazanıb.