Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mask “Twitter” əməkdaşlarına ultimatum verdi
Amerikalı iş adamı və “Twitter”in yeni sahibi İlon Mask şirkət işçilərinə yaxın gələcəkdə iş həcmini artırmağa hazırlaşmağı və ya işdən çıxmağı təklif edib.
O, əməkdaşlarına şirkətdə qalmaq və ya işdən çıxmaq üçün öhdəlik imzalamalı olduqlarını bildirilib.
“Yeni “Twitter”in bir hissəsi olmaq istədiyinizə əminsinizsə, lütfən, aşağıdakı linkdə “Bəli” düyməsini klikləyin”, - təşkilatdakı hər kəsə göndərilən e-poçtda deyilir. Məktubda qeyd olunur ki, sabah saat 17:00-a qədər sənədi imzalamayan hər kəs üç aylıq işdən çıxma pulu verilərək yola salınacaq.
Mənbə: iz.ru
Ən çox oxunanlar
Rəylər