26 
Yan
2023
17:40
150
39
960
Virtual karabakh

Trampa qoyulan sosial şəbəkə qadağaları aradan qaldırılır

26 Yan, 2023
17:40
960

Trampa qoyulan sosial şəbəkə qadağaları aradan qaldırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Meta” ABŞ-nin keçmiş prezidenti Donald Trampın “Facebook” və “Instagram” hesablarından məhdudiyyətləri aradan qaldırır.

Bu barədə şirkətin qlobal kommunikasiyalar üzrə prezidenti Nik Kleq bildirib.

Onun sözlərinə görə, amerikalı milyarderin hesabları iki illik fasilədən sonra yaxın həftələrdə bərpa ediləcək.

Xatırladaq ki, təsdiqlənmiş @realDonaldTrump hesabı 2021-ci ilin yanvarın 8-də - Co Baydenin prezident seçkilərində qələbəsi ilə keçmiş prezidentin tərəfdarlarının Kapitoliyə hücum etməsindən iki gün sonra dondurulub.

Yeri gəlmişkən, bundan əvvəl Trampın “Twitter” hesabı blokdan çıxarılıb. Bərpa olunduqdan saatlar sonra artıq onun səhifəsinə 86 milyon izləyici abunə olub. Bununla belə Donald Tramp bu platformaya qayıtmaqda maraqlı olmadığını bildirərək “Truth Social” internet platformasını tərcih etdiyini deyib.

Mənbə: Axios

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri