11 
Fev
2022
03:08
31
77
1853
Virtual karabakh

Trampın sosial şəbəkəsinin istifadəyə verilmə vaxtı açıqlanıb - FOTO

11 Fev, 2022
03:08
1853

Trampın sosial şəbəkəsinin istifadəyə verilmə vaxtı açıqlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın keçmiş prezidenti Donald Trampın “TRUTH Social” proqramının serverləri işə salınıb. Sosial şəbəkənin təqdimatı isə bu ilin mart ayının sonuna planlaşdırılıb.

“FOX Business” bu barədə şirkətdən olan mənbəyə istinadla bildirib.

Bildirilir ki, “Trump Media & Technology Group” (TMTG) şirkətinin “TRUTH” sosial proqramının “beta” sınaqları davam edir. Proqramın özü isə artıq “App Store” mağazasında əlçatandır.

Tərtibatçılar bildiriblər ki, TMTG San-Fransiskoda yerləşən “Hive” ilə əməkdaşlıq edir. Bu startap şirkəti şəkillər, videolar və mətnlər üçün avtomatlaşdırılan bulud əsaslı süni intellekt həlləri ilə təmin edəcək. “Hive” texnologiyası bütün bu məzmun növləri üçün avtomatik moderasiya təmin edir.

“Biz çox dostcanlı olmaq istəyirik, bu yerin çox təhlükəsiz olmasını arzulayırıq və saytda qanunsuz heç bir kontentin olmamasına diqqət edirik”, - deyə Trampın sosial şəbəkəsinə rəhbərlik etmək üçün öz vəzifəsini edən sabiq konqresmen Devin Nunes bildirib.

Bu arada Trampın özü bəyan edib ki, “TruthSocial” söz azadlığı hüquqlarını qoruya bilmək üçün “Big Tech”ə müqavimət göstərəcək.

“Trump Media & Technology Group” layihəsi 2021-ci ilin oktyabrında işə salınıb. Şirkət keçən ay institusional investorlardan 1 milyard dollar vəsait tapdıqlarını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri