Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zəlzələ üzrə mütəxəssis 22 gün əvvəl xəbərdarlıq edibmiş: “Kahramanmaraş xəttindən ehtiyatlı olun” - FOTO
Geologiya üzrə mühəndis olan Burhan Daşın yanvarın 15-də Elazığda baş verən 4,9 bal gücündə zəlzələdən sonra xəbərdarlıq etdiyi məlum olub.
Burhan Daş bununla bağlı etdiyi açıqlamada yeni zəlzələnin gözlənildiyini vurğulayıb.
“Daha əvvəl Çelikhan-Kahramanmaraş əsas xətti üzərində böyük zəlzələ gözləndiyini vurğulamışdıq və bu gözlənti hələ də davam edir. Uzun müddətdir qırılmayan bir xətt var. Eyni zamanda, Şimal-Şərqi Anadolu qırılma xəttində də uzun müddətdir qırılmayan xətlər var. Türkiyə zəlzələ zonasıdır və davamlı olaraq zəlzələlər baş verir. Bunlar davam edəcək, əsas odur ki, bu halla necə yaşayacağımızı, nə edəcəyimizi öyrənməliyik”, - deyə o qeyd edib.
Qeyd edək ki, avstraliyalı astronom, “zəlzələ kahini” kimi tanınan Frenk Hugerbits fevralın 3-də sosial mediada etdiyi paylaşımda Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 maqnitudalı zəlzələ olacağı barədə xəbərdarlıq edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.
Mənbə: Haber Global
"Türkiyə" teqi üzrə xəbərlər
- İstanbulda Bosfor boğazı bağlandı
- Bir sıra ölkələrdə banklar Rusiyanın "UnionPay" kartlarına xidməti dayandırıb
- Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ
- Türkiyədə güclü külək hava limanında problem yaradıb: Təyyarələr "havada qalıb"
- Türkiyədə insanabənzər robot tələbələrə dərs deməyə başladı: Nə qədər maaş alacaq?
Rəylər