12 
Mar
2023
21:19
332
32
2053
Virtual karabakh

Türkiyə və ABŞ arasında F-35 qırıcıları ilə bağlı müzakirələr davam edir

12 Mar, 2023
21:19
2053

Türkiyə və ABŞ arasında F-35 qırıcıları ilə bağlı müzakirələr davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ABŞ-dən F-35 qırıcıları layihəsinə yatırılan vəsaitin Ankaraya qaytarılması, həmçinin Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan 5 təyyarənin təhvil verilməsi məsələsinə konstruktiv yanaşma gözləyir.

Bunu bazar günü “Anadolu” agentliyinə müsahibəsində Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar deyib.

“F-35 ilə bağlı müəyyən təmaslar və müzakirələr davam edir. Texniki və maliyyə məsələləri müzakirə olunur. Bizi proqrama qaytarmaq ayrı bir məsələdir. Biz yatırdığımız pulun qaytarılması və ya kompensasiyası mövzusunu müzakirə edirik. Bu, böyük məbləğdir - təxminən 1,4 milyard dollardır. Bundan əlavə, bizə təhvil verilməli olan bu təyyarələrdən beşi ABŞ-də yerləşir. Biz onların gələcəyindən də danışırıq”, - nazir bildirib.

O qeyd edib ki, ABŞ hakimiyyətindən bu məsələlərin həllinə konstruktiv və müsbət yanaşma gözləyir.

Türkiyənin F-35 qırıcı proqramından kənarda qalması faktından danışan Akar, xüsusilə NATO daxilində müttəfiqlik ruhu baxımından bu qərarın “əxlaqdan kənar və qeyri-qanuni” olduğunu qeyd edib.

Yeni F-16 qırıcılarının alınması və Türkiyənin bu tipli təyyarələrinin modernləşdirilməsi ilə bağlı ABŞ ilə razılaşmanın həyata keçirilməsi perspektivlərinə toxunan nazir, ümumilikdə prosesin müsbət istiqamətdə getdiyini bir daha vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri