Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tacikistanda zəlzələdə 200-dən çox evə ziyan dəyib - FOTO
Martın 23-də Tacikistanda baş vermiş iki zəlzələnin episentri olan ərazilərdə 200-dən çox yaşayış binası dağılıb.
Bu barədə məlumatı ölkə hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin mətbuat mərkəzi yayıb.
“Ümumilikdə, Qorno-Matçinski rayonu (Soqd vilayəti) ərazisində təbii fəlakət nəticəsində 144 evə ziyan dəyib, onlardan ikisi tamamilə dağılıb”, - deyə məlumatda vurğulanıb.
Dağıntıların böyük hissəsi zəlzələnin episentrinin yerləşdiyi Paldorak kəndində aşkar edilib. Orada 77 evə ziyan dəyib. Bundan əlavə, Rəşt rayonunda 53 qəzalı ev aşkar edilib, Nurabad rayonunun kənd icmalarında isə 19 ev təsərrüfatına qismən ziyan dəyib.
Xatırladaq ki, martın 23-də Tacikistan ərazisində iki zəlzələ baş verib, yeraltı təkanların episentri Paldorak kəndi yaxınlığında olub. Birincisi saat 01:07-də (Bakı vaxtı ilə martın 23-ü 00:07 - red.) qeydə alınıb, təkanların gücü episentrdə 5-6 bal, Rəşt vadisində 4-5 bal, Düşənbədə isə - 3-4 bal olub.
Paldorakda ikinci təkan saat 07:53-də (Bakı vaxtı ilə 06:53 - red.) 4,8 bal, Rəşt vadisində - 2 bal, Düşənbədə - 1-2 bal gücündə olub. Təbii fəlakət nəticəsində Qorno-Matçinski rayonunun üç sakini yüngül xəsarət alıb.
Mənbə: TASS
Rəylər