Apr
2023
01:39
347
227
10768
Virtual karabakh

Sankt-Peterburqda partlayış törətməkdə şübhəli bilinən gənc qız saxlanılıb – YENİLƏNİB + VİDEO

3 Apr, 2023
01:39
10768

Sankt-Peterburqda partlayış törətməkdə şübhəli bilinən gənc qız saxlanılıb – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbi müxbir Vladlen Tatarskinin qətlində şübhəli bilinən Sankt-Peterburq sakini, 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

O, müstəntiqin yanına aparılıb. İstintaq hesab edir ki, Trepova kafeyə içində partlayıcı olan heykəlcik gətirib.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Universitetskaya sahilindəki kafedə hərbi müxbir Vladlen Tatarski kimi tanınan Maksim Fominin yaradıcılıq gecəsi keçirilən zaman partlayış olub.

Belə ki, Vladlen Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb. Nəticədə V.Tatarski həlak olub, 30 nəfər xəsarət alıb.

 

01:37

Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayışın şahidi bildirib ki, hadisə nəticəsində həlak olan Vladlen Tatarskinin əlində ona hədiyyə edilən heykəlcik partlayıb.

Məlumata görə, barda hərbi jurnalistin yaradıcılıq gecəsi keçirilib.

“Bu büstü gətirib ona təqdim edən gənc qız idi. Əslində elə partlayışdan sonra da ilk o xanım aradan çıxıb”, - şahid Rodin Varejkin bildirib.

Son məlumatlara görə, partlayış nəticəsində 16 nəfər xəsarət alıb. Onların arasında uşaq da var. Hadisə yerində 13 təcili yardım briqadası işləyir. Zərərçəkənlərə tibbi yardım göstərilir.

İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır.

Mənbə: RenTV

20:13

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

Bu barədə ölkənin fövqəladə xidmətlərindən məlumat verilib

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Mərhumun hərbi jurnalist Vladlen Tatarski olduğu bildirilib. Əsl adı və soyadı Maksim Fomin olan Tatarski Ukraynanın Donbas vilayətindəndir və müharibədə Rusiya tərəfində döyüşüb.

Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır. İlkin versiyaya görə, insidentə səhnə yaxınlığında quraşdırılmış partlayıcı qurğunun işə düşməsi səbəb olub.

Mənbə: “İzvestiya”, TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri