Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Türkiyə təyyarəsinin Sudanda hücuma məruz qalmasına rəsmi REAKSİYA - YENİLƏNİB
Türkiyənin Milli Müdafiə Nazirliyi Sudanda Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin atəşə tutulması faktını təsdiqləsə də ekipaj üzvlərindən heç kimin xəsarət almadığını açıqlayıb.
“Sudana təxliyə üçün göndərdiyimiz “S-130” təyyarəsinə atəş açılıb. Təyyarə təhlükəsiz eniş edib. İnsident nəticəsində xəsarət alan olmayıb”, - Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.
Qeyd edək ki, Türkiyə hökuməti öz vətəndaşlarını və diplomatlarını hazırda vətəndaş müharibəsinin yaşandığı Sudandan çıxarmaq barədə qərar qəbul edib.
12:18
Sudanda aviabazaya enən Türkiyə təyyarəsinə atəş açılıb.
Hava gəmisi Sudanda olan Türkiyə vətəndaşlarını təxliyə etmək məqsədi ilə bu ölkəyə uçub.
Təyyarəyə atəş Sudan xüsusi təyinatlı qüvvələri tərəfindən açılıb.
Nəticədə ekipaj üzvlərindən biri yaralanıb.
Mənbə: Halktv
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda yeni hərbi nizamnamələr hazırlanır
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
- Ermənistan Azərbaycan ordusunun mövqelərini atəşə tutub
- Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Döyüş sursatları məhv ediləcək
- "Aerodromyanı ərazi hüdudlarında nəzarətin həyata keçirilməsi Qaydası" TƏSDİQLƏNDİ