May
2023
20:10
783
34
11340
Virtual karabakh

Priqojin: “On minlərlə qurbana görə Şoyqu və Gerasimov məsuliyyət daşıyır” - YENİLƏNİB + FOTO/VİDEO

5 May, 2023
20:10
11340

Priqojin: “On minlərlə qurbana görə Şoyqu və Gerasimov məsuliyyət daşıyır” - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“On minlərlə qurban bizi sursatla təmin etməyənlərin vicdanındadır”.

Bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bəyan edib.

O, Rusiyanın siyasi və hərbi rəhbərliyinə bir daha müraciət edib.

Müvafiq video sosial şəbəkələrdə yayılıb.

Priqojin baş verənlərdə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu günahlandırıb.

O, qeyd edib ki, hər iki şəxsin ölənlərin ailə üzvləri və yaxınları qarşısında məsuliyyətə cəlb edilmələrinə nail olacaq.

13:09

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti mayın 10-da Ukraynanın Baxmut şəhərini tərk edəcək.

Bu barədə şirkətin rəhbəri Yevgeni Priqojin Rusiyanın Baş Qərargah rəisinə, müdafiə nazirinə, Ali Baş Komandanına və xalqa müraciətində bəyan edib.

Qərara səbəb kimi silah-sursat çatışmazlığı göstərilib.

11:16

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin mayın 4-də özlərinin itkilərini əks etdirən video çəkib.

Video Priqojinin mətbuat xidməti tərəfindən yayımlayıb.

Görüntülərdə açıq ərazidə meyitlərin yanında dayanan Priqojin Rusiya rəsmilərinə od püskürür və Müdafiə Nazirliyindən hərbi sursatlar tələb edir.

“Bu oğlanlar bu gün ölən “Vaqner”çilərdir, qanları hələ qurumayıb”, - Priqojin deyir.

O, kiməsə meyitləri çəkməyi əmr edir.

“Hamısını çəkin”, - deyə onlarla meyiti göstərir.

“Bunlar kiminsə ataları, kiminsə oğullarıdır. Sursat verməyənlər cəhənnəmdə bu ölənlərin içalatını yeyəcəklər! Bizdə 70% sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, sursatlar haradadır? Ölənlərə baxın”, - deyən Priqojin qeyri-etik ifadə və söyüşlərdən istifadə edir.

O, Rusiya Federasiyası Müdafiə Nazirliyindən bütün lazımi döyüş sursatı ilə təmin olunmalarını tələb edir və həmçinin bildirir ki, 100% sursatla təmin olunsalar, “Vaqner”in itkiləri beş dəfə az olar.

Priqojin daha sonra “bahalı restoranlarda oturan” rusiyalı məmurlara qəzəbini ifadə edir.

“Siz, iyrənc məxluqlar, bahalı klublarda oturursunuz. Övladlarınız “YouTube” üçün videolar çəkirlər. Düşünürsünüz ki, bu həyatın ağaları sizsiniz. Hesab edirsiniz ki, sursat anbarlarınız varsa, deməli, buna haqqınız var. Elementar hesablamalar var - sursatları normasında versəniz, ölənlərin sayı beş dəfə az olar. Onlar buraya könüllü kimi gəliblər və siz öz qırmızı ağacdan hazırlanmış kabinetlərinizdə piylənəsiniz deyə həlak olurlar”, - deyə Priqojin hiddətini bildirib.

Mənbə: Zerkalo.io, VK.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri