11 
May
2023
02:34
43
202
4865
Virtual karabakh

Məşhur türkiyəli müğənni səhnədən yıxıldı - FOTO/VİDEO

11 May, 2023
02:34
4865

Məşhur türkiyəli müğənni səhnədən yıxıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Mersin şəhərində konsert verən məşhur müğənni Kibariye səhnədən yıxılıb.

Müğənninin mühafizəçisi səhnəyə tullanan pərəstişkara müdaxilə etdiyi zaman Kibariye zərbə alıb və təxminən 2 metr hündürlükdən yıxılıb. Sənətçi xəstəxanaya aparılıb.

Kibariyenin yıxıldığı anlar mobil telefonlarla qeydə alınıb.

Müğənninin sağlamlıq vəziyyəti ilə bağlı səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

“Sənətçimiz Kibariye səhnədə yaşadığı xoşagəlməz hadisə nəticəsində yaralanıb. Onun müalicəsi Mersin Şəhər Xəstəxanasında davam etdirilir. Huşu özündədir. Bir müddət müşahidə altında saxlanılacaq, sonra evə buraxılacaq. Ona “keçmiş olsun” diləklərimi çatdırıram. Səsinizlə və nəşənizlə sizi yenidən aramızda görmək istəyirik”, - deyə o qeyd edib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri