Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xəstəxanaya yerləşdirilən Berluskoninin vəziyyəti məlum olub
İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani iyunun 11-də “La Repubblica” nəşrinə verdiyi şərhdə bildirib ki, bu yaxınlarda yerli klinikalardan birinə yerləşdirilən ölkənin keçmiş baş naziri Silvio Berluskoninin vəziyyəti narahatlıq doğurmur.
“Onun vəziyyəti narahatlıq doğurmur. Müayinələrdən keçib, yaxın günlərdə xəstəxanadan buraxılacaq”, – deyə siyasətçi qeyd edib.
Bildirilir ki, Berluskoninin xəstəxanaya yerləşdirilməsinə hər hansı kritik vəziyyət deyil, həkimlərin müalicə oluna biləcəyinə inandığı xəstəliyi (mielomonositar leykemiya) səbəb olub.
Xatırladaq ki, iyunun 9-da 86 yaşlı Berluskoni San Raffaele klinikasına yerləşdirilib.
Mənbə: rossaprimavera.ru
"İtaliya" teqi üzrə xəbərlər
- İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"
- İtaliyada heyvanları yolda atıb gedənlərə sərt cəza veriləcək
- İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı
- Kiyevdə hava hücumu təhlükəsi: Şəhərdəki səfirliklər bağlanır
- Bələdçilərin "növbəti səfərinizə saxlamayın" dediyi kənddən REPORTAJ
Rəylər