Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanda keçmiş nazir həbs olunub
Hüquq-mühafizə orqanları cümə axşamı Ermənistan Respublika Partiyasının sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyanı saxlayıb.
Ermənistan KİV-in məlumatına görə, xəbəri onun partiyadan həmkarı, keçmiş vitse-spiker Eduard Şarmazanov təsdiqləyib.
Aşotyan İstintaq Komitəsinə aparılıb.
Saxlanmanın səbəbləri barədə məlumat verilmir. Polis hələlik vəziyyəti şərh etməyib. Ehtimal ki, söhbət ötən ilin sonunda siyasətçiyə qarşı irəli sürülən ittihamdan gedir.
Aşotyan və İrəvan Tibb Universitetinin keçmiş rektoru Mikael Narimanyan universitetə məxsus təxminən 100 min ABŞ dolları məbləğində əmlakı mənimsəməkdə ittiham olunur.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti
Rəylər