Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Parisdə partlayış: Yaralıların sayı artıb - YENİLƏNİB + VİDEO
Parisin 5-ci rayonundakı Sen-Jak küçəsindəki evdə baş verən partlayış nəticəsində yaralananların sayı 37 nəfərə çatıb.
Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin çərşənbə günü keçirdiyi brifinqdə bildirib.
“33 zərərçəkənin vəziyyəti ağır, daha dörd nəfərin vəziyyəti kritikdir və daha da pisləşir”, - nazir bildirib.
O əlavə edib ki, iki nəfər hələ də tapılmayıb. Xilasedicilər onları binanın dağıntıları altında axtarırlar.
23:59
Parisdə partlayış nəticəsində zərərçəkənlərin sayı artıb.
Hazırda 29 yaralının adı məlumdur.
İki nəfər hələ də itkin düşmüş hesab olunur.
Bildirilir ki, dağıntılar altında qalanlar var. Onların axtarışı aparılır.
21:56
Parisdə partlayış baş verib.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.
Bildirilir ki, partlayışın baş verdiyi bina tamamilə uçub. İnsident nəticəsində xəsarət alan azı 16 nəfərdən 7-sinin vəziyyəti ağırdır.
Partlayışla bağlı məlumatı Fransanın daxili işlər naziri Cerald Darmanin də təsdiqləyib.
Mənbə: TASS
"Fransa" teqi üzrə xəbərlər
- Paris dəmiryol stansiyasında atışma: Yaralananlar var
- Fransa hərbi müdafiə büdcəsini iki dəfə artırır
- Aİ-nin "sülh" missiyasının gələcək planları binoklla Azərbaycana boylanmaqdan ibarət olmayacaq
- Fransada siyasətçinin məzarı dağıdılıb
- Fərid Şəfiyev: "Azərbaycanla Fransa arasında böhran mövcud problemlərin ucbatından yaranıb"
Rəylər