Sen
2023
23:18
34
958
9383
Virtual karabakh

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 1300-ü keçdi - YENİLƏNİB + FOTO/VİDEO

9 Sen, 2023
23:18
9383

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 1300-ü keçdi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 305 nəfərə çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət zamanı azı 1832 nəfər yaralanıb.

Mənbə: “Al Arabiya”

17:37

Mərakeşdə zəlzələdə ölənlərin sayı 1000-i keçib, 1200-dən çox yaralı var.

Mərakeş Krallığının televiziyası zəlzələdə 1037 nəfərin həyatını itirdiyi, 1204 nəfərin yaralandığı barədə məlumat yayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Mənbə: TASS

14:32

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 800-ü keçib. 

Bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, Mərakeşdə zəlzələ nəticəsində 820 nəfər həlak olub. Ən azı 672 nəfər, o cümlədən 205 nəfər ağır yaralanıb.

Xatırladaq ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

Mənbə: Kommersant

11:00

Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632 nəfərə çatıb.

Bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat verib. 

Xatırladaq ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

Məlumata görə, daha 329 nəfər yaralanıb.

Mənbə: TASS

08:46

Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfəri ötüb, 153 şəxs yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Mənbənin sözlərinə görə, həlak olan 296 nəfərin 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində yaşayırmış. Zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

08:38

Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların təsirindən bəzi binalar dağılıb, ölənlər var.

Ölənlərin cəsədləri ölkənin cənubundakı Demnat şəhərində dağıntılar altından tapılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri