30 
Dek
2023
17:29
272
51
3488
Virtual karabakh

Ukraynadan Rusiyaya cavab zərbəsi: Belqorodu raket atəşinə tutdu - FOTO/VİDEO

30 Dek, 2023
17:29
3488

Ukraynadan Rusiyaya cavab zərbəsi: Belqorodu raket atəşinə tutdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərini atəşə tutub.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat verib.

Raket zərbələri nəticəsində dörd nəfər həlak olub. Yaralananlar var.

“Ukrayna Silahlı Qüvvələri Belqorodun mərkəzini atəşə tutub. İlkin məlumata görə, ölənlər və yaralananlar var”, - deyə Qladkov bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin atdığı raketlər yaşayış sektorunu da vurub. “Telegram” kanallarında yayılan videolara əsasən, raketlər şəhərin bir sıra ərazilərinə düşüb.

Həmçinin Fövqəladə Hallar Nazirliyi sakinlərə müraciət edib və evlərini tərk edərək sığınacaqlara getmələrini tövsiyə edib.

Şəhərdə raket təhlükəsi siqnalı işə salınıb.

Eyni zamanda Belqorodda atəşdən sonra nəticələri aradan qaldırılması üçün fövqəladə vəziyyət tətbiq etmək nəzərdə tutulur.

Həmçinin Ukraynanın Belqorodda hərbi obyektlərə zərbə endirdiyi ilə də bağlı məlumatlar var. 

Xatırladaq ki, dekabrın 29-da Rusiyanın Ukraynaya raket hücumu nəticəsində ölənlərin sayı 59-a, yaralananların sayı 159-a çatıb. 

 
 

Mənbə: Rusiya KİV

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri