Moskvadakı “Crocus City Hall”da qətliamı həyata keçirən terrorçulardan biri olan Fəriddun Şəmsuddin martın 7-də hadisə yerində olub.
O, həmin vaxt “Crocus”da işləyən fotoqrafa öz şəklini çəkdirib.
Fotoqraf cinayətkarı o həbs edildikdən sonra tanıyıb.
Bu o deməkdir ki, silahlılar gələcək əməliyyatın yerinə əvvəlcədən baş çəkiblər. Lakin Şəmsuddinin hansı səbəbdən öz fotosunun çəkilməsinə icazə verdiyi müəmmalıdır.
Mənbə: Mirotvorets
Rəylər