Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şumaxer "Mercedes"i tərk edir
Alman pilot Mik Şumaxer 2024-cü il mövsümünün sonunda "Mercedes" komandasını tərk edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Formula-1" komandasının mətbuat xidməti məlumat yayıb.
25 yaşlı pilot iki il Almaniya komandasının ehtiyat sürücüsü olub. Bundan əvvəl isə o, "Haas" komandasında iki mövsüm yarışlarda iştirak edib. Məlumata görə, Şumaxer karyerasını dözümlülük seriyasında "Alpine" komandasında davam etdirəcək, eyni zamanda, okeanın o tayında "IndyCar" çempionatının bəzi yarışlarına (xüsusən də əfsanəvi "Indy500") qatıla bilər.
Qeyd edək ki, Mik Şumaxer "Formula-1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğludur.
"Formula-1" teqi üzrə xəbərlər
- Mixael Şumaxer artıq ünsiyyət qura bilmir: Əfsanəvi pilotun vəziyyəti haqqında yeni TƏFƏRRÜAT
- "Formula-1": Azərbaycan Qran-prisinin qalibi Çində də birinci oldu
- Lyuis Hemilton dördqat dünya çempionu Sebastyan Fettelin rekordunu qırdı
- Lyuis Həmilton "Ferrari"dəki ilk liderliyini Çin Qran-prisində qazandı
- "Formula-1": Lando Norris və "McLaren" mövsümə qələbə ilə başladılar