"Maklaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" üzrə dünya çempionatının 20-ci mərhələsi olan Braziliya Qran-prisinin qalibi olub.
Oxu.Az xəbər verir ki, ikinci yeri dördqat dünya çempionu, niderlandlı Maks Ferstappen ("Red Bull"), üçüncü yeri isə onun komanda yoldaşı, fransalı İsak Hacar tutub.
Eyni zamanda, "Mercedes" komandası 2026-cı il mövsümündə Konstruktorlar Kubokunun qalibi olub.
"Mercedes" sonuncu dəfə bu mükafatı 2021-ci ildə qazanmışdı. Komanda titulların sayına görə "Uilyams"la üçüncü yeri bölüşür (hər biri 9 titul). İlk iki pillədə isə "Maklaren" (10 titul) və "Ferrari" (16 titul) qərarlaşıb.