Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"McLaren" Bakıdakı yarışdan sonra Konstruktorlar kubokunda liderliyə yüksəlib
"McLaren" "Formula-1" üzrə Azərbaycan Qran-prisindən sonra Konstruktorlar kubokunda liderliyə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu, komanda üzvlərinin Bakıdakı yarışda 38 xal toplaması sayəsində mümkün olub.
Britaniya təmsilçisinin hazırda 476 xalı var. "McLaren"də Oskar Piastri Qran-prinin qalibi olub, Lando Norris isə 4-cü yeri tutub.
Beşinci sırada yer alan üçqat dünya çempionu Maks Ferstappen "Red Bull"a 10 xal qazandıra bilib. Onun komanda yoldaşı Serxio Peres isə yarışın sonlarında Karlos Saynsla ("Ferrari") birlikdə qəza törədib. "Red Bull" 456 xalla ikinci, "Ferrari" 425 xalla üçüncüdür.
Sürücülərin mübarizəsinə isə Ferstappen (313 xal) başçılıq edir. Norris (254 xal) ikinci, "Ferrari"dən Şarl Lekler (235) üçüncü yerdədir.
"Formula-1 Baku (2024)" teqi üzrə xəbərlər
- Göygöl Şərab Zavodu illik hesabatını açıqlayıb
- 2026-cı ildə keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı
- Ötən il dövlət büdcəsindən beynəlxalq və ölkə səviyyəli tədbirlərə nə qədər vəsait xərclənib?
- "Formula-1"ə ayrılan pulları mənimsəyən Çingiz Mehdiyevə hökm oxundu
- Qalmaqallı "Formula-1" cinayət işinə görə 10 il HƏBS TƏLƏBİ