16 
Apr
2024
19:20
227
77
2101
yuxarı
Ukraynada səfərbərlik gücləndirilir
16 Apr, 2024
19:20
2101
227
77
Ukraynada səfərbərlik gücləndirilir
Ukrayna Prezidenti Volodimir Zelenski yüz minlərlə ukraynalının silahlı qüvvələrə çağırılmasına imkan verəcək səfərbərliyin sərtləşdirilməsi haqqında qanunu imzalayıb.
Qanunda olan normaların bəziləri dərc edildikdən dərhal sonra, böyük hissəsi isə bir aydan sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Ukrayna Ali Radası sənədi aprelin 11-də ikinci və yekun oxunuşda qəbul edib.
Qanun səfərbərlik prosedurunu və hərbi xidmətdən yayınanların cəzasını sərtləşdirir. Bundan əlavə, səfərbərliyə məruz qalan şəxslərin kateqoriyaları dəqiqləşdirilir. Bunun yüz minlərlə ukraynalının səfərbər olmasına gətirib çıxaracağı gözlənilir.
Mənbə: rbc.ua
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
29 
Apr
2024
21:16
“Araz-Naxçıvan” yeni baş məşqçi ilə ilk qələbəsini qazandı - YENİLƏNİB + VİDEO
52
9
1162
29 
Apr
2024
17:46
Keniyada bəndin sıradan çıxması nəticəsində 40 nəfərdən çox adam ölüb - FOTO
4
105
445