22 
May
2017
11:51
103
8
3568
Virtual karabakh

Ələtdə azad ticarət zonasının işə düşəcəyi vaxt açıqlandı

22 May, 2017
11:51
3568

Ələtdə azad ticarət zonasının işə düşəcəyi vaxt açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılan azad ticarət zonasının bu il fəaliyyətə başlaması nəzərdə tutulub”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib. 

Zonanın rəqabətqabiliyyətliliyi barədə danışan T.Ziyadov qeyd edib ki, Azərbaycanın İpək Yolu ilə bağlı ortaya qoyduğu konsepsiya rəqabəti daha dözümlü etməklə yanaşı, ətrafda əlavə dəyər yaratmağı mümkün edəcək. 

“Məsələn, Avropaya gedən yük konteyneri bilavasitə Rusiyaya gedirsə, bizim konsepsiyada onun Ələt zonasında açılıb, məhsullara əlavə dəyər qatıldıqdan sonra ixracı nəzərdə tutulub. 

Bir sözlə, Azərbaycanın İpək Yolu konsepsiyası daha innovativdir, yerli qeyri-neft sektoruna əlavə dəyər qatmaq məqsədi daşıyır”,- deyə T.Ziyadov əlavə edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri