Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanın ABŞ-dakı səfiri: Qarabağda müharibə başlaya bilər
Dağlıq Qarabağ münaqişəsi region üçün strateji təhlükəli problem olaraq qalmaqdadır.
Bu barədə “Fox News” telekanalına müsahibəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.
Onun sözlərinə görə, status-kvo davamlı deyil.
“Bizdə sülhməramlı qüvvələr yoxdur. Əsgərlər bir-biri ilə qarşı-qarşıya 100 fut məsafədə dayanırlar. Vəziyyətin nə vaxt gərginləşəcəyini proqnozlaşdıra bilməyəcəksiniz”, - deyə o bildirib.
Səfirin sözlərinə görə, vəziyyətin gərginləşməsi üçün həmişə potensial var.
“Hər iki tərəfin kifayət qədər silahı var, vəziyyət hər an gərginləşə bilər. Hər an müharibə başlaya bilər, vəziyyət nəzarətdən çıxa bilər. İnsanlar bu gün sülh istəyirlər”.
E.Süleymanov bildirib ki, hazırkı vəziyyətdə atəşkəsin hər gün pozulması adi hala çevrilib.
"Qarabağ" teqi üzrə xəbərlər
- Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal-çağırı
- Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"
- Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI