26 
İyl
2017
10:08
25
675
27666
Virtual karabakh

Ana iki övladı ilə özünü qatarın altına atdı – YENİLƏNİB

26 İyl, 2017
10:08
27666

Ana iki övladı ilə özünü qatarın altına atdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, 1992-ci il təvəllüdlü Pərvanə İlqar qızı Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları – 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.

İyulun 25-də, saat 20:00 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub, özünü Böyük Kəsik - Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə P. Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.

Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.

01:30

Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə iyulun 25-i saat 21 radələrində rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. 

Ana və iki övladı hadisə yerində ölüblər.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

00:11

İyulun 25-də, axşam saatlarında Qazaxdan Bakıya gələn qatar üç nəfəri vurub. 

Oxu.Az xəbər verir ki, qatarda olan sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən ayırıb. Başı relslərin arasında qalan qadının uşaqları da relslərin arasında qalaraq can verib. Onun intihar məqsədilə özünü qatarın altına atdığı ehtimal olunur.

Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.

Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Tovuzun Zəyəm kəndində dayanıb. Hadisə yerinə Tovuz rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Hadisə yerində araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri