Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəxsiyyət vəsiqələri yeni qaydalarla veriləcək
Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək.
Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.
Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması üçün ayrılan vəsait açıqlandı
- Azərbaycanda həqiqi hərbi xidmətin müddəti azaldılmayacaq - SƏBƏB
- Mehriban Vəliyeva: "Türk və müsəlman dünyası dövlətlərinin BMT TŞ-də təmsil olunmasına ehtiyac var"