Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Həkim: “Altı ay sonra risk qrupuna daxil olanlara üçüncü doza peyvənd vurula bilər” - VİDEO
“Peyvəndin üçüncü dozasının tətbiqi ilə bağlı zərurət yarana bilər”.
Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib.
O bildirib ki, 6 aydan sonra risk qrupuna daxil olan şəxslər yenidən peyvəndlənə bilər:
“Son günlər anticisimlərlə bağlı analizlərin nəticəsindən aydın olur ki, 4-5 ay bundan əvvəl xəstəliyi keçirənlərin qanında anticisimlərin miqdarı çox aşağı olur və ya heç olmur. Belə olan halda həmin insanların virusa yoluxması qaçılmazdır. Çox güman ki, peyvəndin üçüncü dozasının vurulmasına zərurət yaranacaq. Yəqin ki, bu, ilk növbədə risk qrupuna daxil olan şəxslərə, yəni həkimlər və yaşı çox olan insanlara bu, tətbiq olunacaq. Çünki peyvəndin yaratdığı antitellər demək olar ki, 6 aydan sonra yox olmaq üzrə olur”.
Rəylər