Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gözdən əlil idmançımız Avropa çempionatının finalında - FOTO
Para-karate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib.
Oxu.Az xəbər verir ki, gözdən zəif idmançılar arasında üç idmançıdan ibarət qrupda Moldova və Rusiyadan olan rəqiblərini qabaqlayan S.Əhədov 39.94 xalla qrup lideri olub.
30 martda həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.
Qeyd edək ki, bundan başqa, İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandamız bürünc medal uğrunda Rusiya yığması ilə mübarizə aparacaq. Kişilər və qadınlardan ibarət kumite millilərimiz isə müvafiq olaraq Ukrayna və İngiltərə yığmalarına uduzaraq mübarizəni dayandırıb.
Səbuhi MUSAYEV
"Ukrayna" teqi üzrə xəbərlər
- Tramp: "Hansı ərazilərin Ukraynaya qalıb-qalmayacağını müzakirə edirik"
- Uşakov Ukraynanın NATO-ya daxil olmasına Rusiya və ABŞ-nin münasibətini açıqladı
- Ukrayna Finlandiya ilə hərbi əməkdaşlıq haqqında memorandum imzaladı
- Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
- KİV: "Zelenski prezidentliyinin son mərhələsindədir"