Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Avropada qışın ən bahalı 10 TRANSFERİ - SİYAHI
Avropanın ən yaxşı beş liqasında 2024/25 mövsümü üçün qış transfer dövrü dünən başa çatıb.
Oxu.Az xəbər verir ki, Premyer Liqa transfer xərclərinə görə İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqasını geridə qoyub.
Avropanın ən bahalı 10 transferindən altısı Premyer Liqa komandaları tərəfindən edilib. Premyer Liqa klubları qış transfer pəncərəsində təxminən 370 milyon funt-sterlinq xərcləyiblər. Ötən il qış transfer pəncərəsində ödənilən məbləğ isə cəmi 100 milyon funt-sterlinq olub.
Klublar arasındakı rekord isə "Mançester Siti"dədir. "Şəhərlilər" transferlərə 180 milyon funt-sterlinq xərcləyib. Ən yüksək transfer qiymətinə malik 10 futbolçu arasında "Mançester Siti"nin heyətinə qatdığı 4 futbolçu var.
TOP-5 Liqalarında qış transfer dönəminin ən bahalı 10 transfer siyahısı belədir:
1. Omar Marmuş - "Mançester Siti" | 75 milyon avro
2. Xviça Kvaratsxeliya - PSJ | 70 milyon avro
3. Niko Qonsales - "Mançester Siti" | 60 milyon avro
4. Xavi Simons - "Leyptsiq" | 50 milyon avro
5. Abdukodir Xusanov - "Mançester Siti" | 40 milyon avro
6. Vitor Reis - "Mançester Siti" | 37 milyon avro
7. Santiaqo Qimenez - "Milan" | 32 milyon avro
8. Patrik Dorqu - "Mançester Yunayted" | 30 milyon avro
9. Elye Vahi - "Marsel" | 26 milyon avro
10. Donyell Malen - "Aston Villa" | 25 milyon avro
"AC Milan" teqi üzrə xəbərlər
- İngiltərə millisinin DÇ-2026-nın seçmə mərhələ oyunları üçün heyəti bəlli oldu
- Juan Feliks "Milan"da da etimadı doğrultmadı – Yollar ayrılır
- Alleqri yenidən "Milan"a qayıda bilər
- UEFA Çempionlar Liqası tarixinin ən yaxşı qapıçısı kimdir?
- "Çelsi" Rafael Leanın keçidi üçün İtaliya klubu ilə danışıqlara başlayıb