Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Juan Feliks "Milan"da da etimadı doğrultmadı – Yollar ayrılır
"Milan" icarə əsasında komandada çıxış edən Juan Felikslə bağlı qərar verib.
Oxu.Az "La Gazetta Sport"a istinadən xəbər verir ki, "qırmızı-qaralar" portuqaliyalı hücumçu ilə yola davam etməyi düşünmürlər.
"Milan" mövsümün sonunda baş məşqçi Serjiu Konseysau və onun komandaya transferini istədiyi Felikslə vidalaşacaq. Hər iki şəxsin klubda qalmaq ehtimalı yox dərəcəsindədir.
Qış transfer dönəmində "Çelsi"dən "Milan"a keçən Feliks 9 oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.
"Milan" A Seriyasında 28 turdan sonra 44 xalla 9-cu sıradadır.
"Juan Feliks" teqi üzrə xəbərlər
Ən çox oxunanlar