Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xalq artisti Ənvər Həsənov DƏFN EDİLDİ
Xalq artisti, aktyor, rejissor Ənvər Həsənov dəfn edilib.
Oxu.Az xəbər verir ki, mərhum Buzovna qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunub.
Martın 16-da vəfat edən Xalq artisti Ənvər Həsənovla vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, mərhumun Şüvəlan qəsəbəsində yerləşən evində baş tutan vida mərasimində xalq artistinin yaxınları və sənət dostları iştirak edirlər.
Mərhum Xalq artisti vəsiyyətinə əsasən, Buzovna qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

Aləmdə Nəsib
Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Qeyd olunub ki, vida mərasimi bu gün saat 12:00-da aktyorun Şüvəlan qəsəbəsindəki evində keçiriləcək.
Xalq artisti saat 14:00-da Buzovna qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.
Əzizə İsmayılova
"Ənvər Həsənov" teqi üzrə xəbərlər
- Dostları aktyor Ənvər Həsənovu kino aləminə göndərilən "VERGİ" adlandırdılar
- Vasif Ayan: "Mərhum sənətçimizlə xatirələrimi "Ənvər Həsənova vida" kitabında nəşr etdirdim"
- Xalq artisti: "Mən o vaxt bilirdim ki, Ənvər hamının sevimlisi olacaq"
- Ənvər Həsənov niyə bir də evlənmədi? - DOSTLARI DANIŞDILAR
- Ötkəm İskəndərov: "Ənvəri təkcə biz yox, Azərbaycan xalqı, kinosu itirdi"