Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xızının prokuroru QƏZAYA DÜŞDÜ - Xəsarət alanlarla bağlı SON VƏZİYYƏT AÇIQLANDI
Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır.
"Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17 mart, saat 10:30-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardımlar göstərilib.
Onlardan iki nəfər Bakıdakı ixtisaslı tibb müəssisəsinə təxliyə olunublar", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Bu gün saat 9 radələrində Xızı rayonu ərazisində "Niva" və "Toyota Camry" markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən "Toyota Camry" markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xəsarət almış şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Daha bir avtomobildə quraşdırılan qaz balonu PARTLADI
- Binəqədidə yük avtomobili aşıb yolu bağladı
- Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü
- Beyləqanda baş verən ağır qəzanın DETALLARI MƏLUM OLDU
- Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib: Xilasedici köməyinə ehtiyac yaranıb