Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Valentina Matviyenko: "Əməkdaşlığımız bütün sahələrdə inkişaf edir"
"Bu gün Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ölkələrimiz arasındakı dostluğun inkişafına istiqamətlənib".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
O bildirib ki, bu münasibətlərin əsası ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində qoyulub:
"Ölkələrimiz arasında parlamentlərarası dialoqun inkişafında ikitərəfli komissiyanın fəaliyyəti mühüm rol oynayır. Bu fəaliyyət nəticəsində qanunvericilik orqanları arasındakı əməkdaşlığın yol xəritəsi hazırlanıb. Bu əməkdaşlıq təkcə ölkələrimizin parlamentləri arasında deyil, bütün sahələrdə inkişaf edir".
"Komissiyanın gündəliyindəki əsas mövzulardan biri də iqlim dəyişikliyi ilə bağlıdır. Çünki iqlim dəyişikliyi probleminin qarşısını almaq sosial inkişaf baxımından vacibdir. Avropa İttifaqı silahlanmaya böyük vəsait sərf edir, bunu ekologiyanın inkişafına xərcləmək lazımdır", - Federasiya Şurasının sədri deyib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanın istilik təchizatı sektorunda tənzimləyicinin vəzifələri açıqlanıb
- İstilik istehsalı və paylanması üçün nəzərdə tutulmuş istilik qurğuları tələblərə uyğun olmalıdır
- Azərbaycanda istilik qurğularının istismarı üzrə təhlükəsizlik tədbirləri həyata keçiriləcək
- Fuad Sadıqov: "Kənd təsərrüfatı təyinatlı ərazilərin 30%-i sığortalanıb"
- Bəzi əkin sahələrinə görə hektara 400 manat ödənilməsi nəzərdə tutulur