Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində bayram mərasimlərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Xırdalanda restoranda yanğın təhlükəsi: Müştərilər çölə çıxarıldılar
- Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ
- Abşeronda iki ev tamamilə yanıb, xəsarət alan var
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Alatavada bir-birinə bitişik evlərdə yanğın olub, xəsarət alan var