"2025-ci ildə qeyri-iş günləri" teqi üzrə xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Ölkəmizdə hər il qeyd olunan bu əziz bayramlar xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin yaşadılması baxımından böyük əhəmiyyət kəsb edir.

2025-ci il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri qeyri-iş günləri hesab edilir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8 mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

30, 31 mart – Ramazan bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

28 may – Müstəqillik Günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun – Silahlı Qüvvələr günü;

6, 7 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Nazirlər Kabinetinin qərarına əsasən, nəzərdə tutulan bayram günləri ölkə üzrə qeyri-iş günləri hesab ediləcək. Bu, vətəndaşlarımıza ailələri ilə birlikdə bayram ab-havasını yaşamaq, istirahət etmək imkanı yaradacaq.

Ən çox axtarılanlar