"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 21 iyun qeyri-iş günü və 27 iyun iş gününün yerdəyişməsi ilə əlaqədar, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edir.
Oxu.Az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, qatarlar iyunun 21-də iş günləri, iyunun 26, 27 və 28-də şənbə günü, iyunun 29-da isə bazar gününün qrafiki ilə hərəkət edəcəklər.