Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xırdalanda yaşayış binasında yanğın söndürüldü
Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində olan binaların birində başlayan yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı mənzilin mətbəxində 2 p.m. mətbəx mebeli və bir ədəd paltaryuyan maşın yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb.
Aygün Mirakif
Xırdalanda "Kristal Abşeron" yaşayış binasında yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
FHN-in Mətbuat Xidmətindən bildirilib ki, nazirliyin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:
"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək".
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Xırdalanda restoranda yanğın təhlükəsi: Müştərilər çölə çıxarıldılar
- Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ
- Abşeronda iki ev tamamilə yanıb, xəsarət alan var
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Alatavada bir-birinə bitişik evlərdə yanğın olub, xəsarət alan var