Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Porsche 911" üslubunda qayıq satılır
Florida ştatında gövdəsi "Porsche 911"in dizaynı üslubunda hazırlanmış qayıq satışa çıxarılıb.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, 30 il əvvəl hazırlanan qayıq şəkillərə görə yaxşı vəziyyətdədir.
Onlayn hərracda qayıq üçün cəmi 7100 dollar təklif edilir.
Onun faraları və ön hissəsinin ümumi forması 993 kuzovlu "Porsche 911"in dizaynını xatırladır.
Ehtimal ki, qayıq məşhur idman avtomobilinin həvəskarlarından birini maraqlandıra bilər. Qayığın tam adı "Craig Craft 168 Boss"dur. Onun haqqında məlumat azdır. Məlumdur ki, bu cür qayıqlardan ən azı iki ədəd istehsal edilib və GM konserninin 4,3 litrlik V6 mühərriki ilə təchiz edilib.
"Avto-moto" teqi üzrə xəbərlər
- Köhnə avtomobil mühərrikinə hansı yağ tökülməlidir? - Mütəxəssis məsləhəti
- "Honda Motor" şirkəti Kanadadan istehsalı köçürəcəyi ilə bağlı iddialara cavab verdi
- Nadir idman avtomobili hərraca çıxarıldı
- Dünyada elektrikli və hibrid avtomobillərə tələbat artıb
- "Nissan" ən populyar modellərindən birinin istehsalını azaldacaq