Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Mumiya"nın yeni ulduzu kim olacaq?
Hələ ötən ilin dekabr ayında elan edilmişdi ki, "Qəzəbli ölülərin üsyanı" filminin rejissoru Li Kronin "Mumiya" franşizasının yeni hissəsini çəkəcək. İndi isə məlum olub ki, yeni filmdə baş rolu "Transformerlər"dəki obrazı ilə tanınan Cek Reynor ifa edəcək.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, "Mumiya" filmi macəraçı Rik O'Konnelin hekayəsindən bəhs edir. Rik kitabxanaçı və onun böyük qardaşı ilə birlikdə ölülərin şəhəri Hamunaptraya səfər edir və təsadüfən fövqəltəbii qabiliyyətləri olan lənətlənmiş baş kahin İmxotepi oyadır.
Film 1932-ci ilin eyniadlı ekran əsərinin remeykidir.
Xatırladaq ki, Brendan Freyzer və Reyçel Vaysın baş rollarda oynadığı ilk "Mumiya" filminin premyerası 1999-cu ildə baş tutub. Yeni hissənin çəkilişləri aprelin əvvəlində başlayacaq. Filmin buraxılış tarixi hələ açıqlanmayıb.
"Yeni filmlər" teqi üzrə xəbərlər
- Məşhur aktrisa "Qisasçılar 5" və "Qisasçılar 6" filmlərində çəkilməyəcək
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL
- Məşhur amerikalı müğənni barədə filmin nümayişi ləğv edildi
- "Supermen"in yeni filminin premyerası baş tutmaya bilər
- Məşhur aktrisa ekranlara qayıtdı