83-cü Venesiya Film Festivalı sentyabrın 12-də başa çatıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, müsabiqənin əsas mükafatlarının qalibləri müəyyənləşib.
Festivalın əsas mükafatları aşağıdakı filmlərə və kino xadimlərinə təqdim olunub:
"Qızıl Şir" - "Naməlum qadın" ("Woman Unknown") filmi, rejissor May əl-Tuki.
"Gümüş Şir" (Münsiflər heyətinin baş mükafatı) - "Mümkün sevgi" ("Possible Love") filmi, rejissor Li Çanq-donq.
Ən yaxşı rejissor - "DAU" filminə görə İlya Xrjanovski.
Ən yaxşı qadın aktyor - "Naməlum qadın" filminə görə Matild Arsel.
Ən yaxşı kişi aktyor - "Doqquz vəhşi at" ("Wild Horse Nine") filminə görə Con Malkoviç.
Ən yaxşı ssenari - "Yaxşı balaca əsgər" ("A Good Little Soldier") filminə görə Stefan Brize, Korali Amadeo və Olivye Qors.