İspaniya La Liqasının 5-ci turunda Madrid "Real"ı və "Rayo Valyekano" qarşılaşıblar. "Santyaqo Bernabeu" stadionunda keçirilən görüşdə meydan sahibləri 4:1 hesabı ilə qalib gəliblər.
Oxu.Az xəbər verir ki, matçın baş hakimi Viktor Qarsiya Verdura olub.
Oyunda hesabı 14-cü dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe penaltidən vurduğu qolla açıb. Üç dəqiqə sonra müdafiəçi Alvaro Karreraş meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. 35-ci dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem hesabı 3:0 edib.
51-ci dəqiqədə "Rayo Valyekano"nun hücumçusu Serxio Kamilyo fərqi azaldıb. 90+1-ci dəqiqədə isə Kilian Mbappe dublunu rəsmiləşdirərək oyunda son hesabı müəyyənləşdirib - 4:1.
Bu qələbədən sonra "Real" beş oyundan 12 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Rayo Valyekano" isə 4 xalla 15-ci yerdədir.
Növbəti matçda "Real" sentyabrın 15-də səfərdə "Elçe" ilə qarşılaşacaq. "Rayo Valyekano" isə həmin gün evdə "Espanyol"u qəbul edəcək.