Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Fernandu Santuş: "Azərbaycan millisi hələ də komanda şəklində oynamağı bacarmır"
"Bizim ən böyük problemimiz komanda şəklində müdafiə olunmamaqdır".
Bunu Oxu.Az-ın sualını cavablandırarkən Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.
"Hücumda hər şeyi yaxşı edə bilirik, amma müdafiə xəttində böyük problemlərimiz var. Komanda halında müdafiə olunsaq, daha yaxşı nəticə qazana bilərik. Haiti ilə görüşdə bir məşqimizi sadəcə tamamlayıcılığa, digərini isə sadəcə müdafiə üçün ayırmışdıq. Əlimizdən gələni etsək də, nəticə qazana bilmirik".
Qeyd edək ki, martın 25-də Masazırda "Bank Respublika Arena"da baş tutacaq Azərbaycan - Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.
Anar Həsənov
"Futbol üzrə Azərbaycan millisi" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin futbolçusu əməliyyat olunub
- Sakinlər futbolçularımızın oyunu barədə nələr danışdılar?
- Deputat ƏSƏBİLƏŞDİ: "Braziliya çayxanalarından komandalarımıza futbolçu yığırlar"
- Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə yaxşı oynadıq"
- Belarus millisinin baş məşqçisi: "Oyuna yaxşı nəzarət etdik"