Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan çempionatında yeni rekord qeydə alınıb
Misli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bu, "Sumqayıt" - "Sabah" oyununda (3:3) qeydə alınıb.
Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.
Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. "Sabah" bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.
Bunadək rekord hərəyə 14 "sülh"ə imza atan "Neftçi" (2009/2010), "Bakı" (2012/2013) və "Zirə"yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan "Sabah" Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.