Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Mövsümə Konfrans Liqasında başlayacaq Azərbaycan təmsilçiləri "Sabah"la "Sumqayıt"ın da rəqibi bəlli olub.
Sumqayıtın eyniadlı klubu "Fehervar" (Macarıstan) ilə qarşılaşacaq. Samir Abasovun komandası ilk oyunu evdə keçirəcək.
"Sabah"ın rəqibi "Makkabi" (İsrail, Hayfa) olacaq. Krunoslav Renduliçin yetirmələri mövsümə səfərdə başlayacaqlar.
"Şerif" - "Zirə" cütündə uğursuzluğa düçar olub Konfrans Liqasına yuvarlanacaq komanda "Dunayska Ştreda" (Slovakiya) ilə görüşəcək. Təmsilçimiz bu turnirə düşsə, ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 25-də və avqustun 1-də baş tutacaq.
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bu gün bəlli olacaq.
Oxu.Az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizin rəqibləri İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək.
Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, UEFA-nın təlimatına əsasən, Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.