Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq
İyunun 19-u axşamdan başlayaraq 20 və 21-də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, Ordubad, Culfa, Beyləqan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağdərə, Ağcabədi, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Göyçay, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş rayonlarında sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq.
Goranboy, Naftalan, Gəncə, Göygöl, Mingəçevir, Şəmkir, Neftçala rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/s təşkil edəcək.
"Milli Hidrometeorologiya Xidməti" teqi üzrə xəbərlər
- Sabah hava necə olacaq? - 18.04.2025
- Çayların həcmində artım davam edir
- Yağıntılar kəsilib, külək zəifləyib - FAKTİKİ HAVA
- Rayonlarda yağıntının miqdarı normanı ötüb, bəzi çaylardan sel keçib - FAKTİKİ HAVA
- Son 59 ilin rekord göstəricisi: Bakı və Abşerona 15 saat ərzində düşən yağıntının miqdarı açıqlandı