Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Zirə"nin ikinci təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşdi
"Zirə"nin Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, I təsnifat mərhələsində "Şerif"lə qarşılaşacaq Rəşad Sadıqovun yetirmələri Moldova klubunu keçsə, "Elfsborq" (İsveç) – "Pafos" (Kipr) cütünün qalibi ilə görüşəcək.
Bu raundun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək. "Şerif" - "Zirə" cütünün qalibi ilk matça evdə çıxacaq.
Qeyd edək ki, "Zirə"nin "Şerif"lə ilk matçı iyulun 11-də Moldovada, cavab qarşılaşması ayın 18-də Bakıda baş tutacaq.
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, Bakı təmsilçisinin mümkün rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.
I təsnifat mərhələsində "Şerif" komandası ilə qarşılaşacaq "qartallar" Moldova klubunu keçəcəyi təqdirdə, II raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:
"Panatinaikos"(Yunanıstan)
"Makkabi" (Petah Tikva, İsrail)
"Elfsborq" (İsveç) – "Pafos" (Kipr) cütünün qalibi
"Pakş" (Macarıstan) – "Korvinul" (Rumıniya) cütünün qalibi
Xatırladaq ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.