Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UEFA Albaniya millisini cəzalandırdı
UEFA Albaniya milli komandasını cərimələyib.
Məlumata görə, ali futbol qurumu Avropa çempionatının qrup mərhələsinin birinci turunda İtaliya ilə matçda alban azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəzası tətbiq edib.
Ümumilikdə, meydançaya yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, oyun zamanı azarkeşin meydançaya daxil olması və təxribat xarakterli mesajlar nümayiş etdirməsi səbəbindən Albaniya 37,3 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, B qrupunun oyunları çərçivəsində üz-üzə gələn tərəflərin duelində İtaliya Albaniyanı 2:1 hesabı ilə məğlub edib.
Mənbə: UEFA.com