21 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub.
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində Politologiya və Beynəlxalq Münasibətlər ixtisası üzrə ali təhsil alıb.
2022-ci ildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərən ASG Business Aviation MMC-nin Operativ şöbəsində uçuş xidməti operator-dispetçeri vəzifəsində çalışıb.
Müxtəlif dövrlərdə Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərib.
2024-cü ilin noyabr ayından etibarən Oxu.Az xəbər saytında fəaliyyət göstərir. Xəbər moderatoru və redaktor vəzifələrində çalışıb, hazırda isə SMM (Sosial Media Mütəxəssisi) vəzifəsində fəaliyyətini davam etdirir.
Oxu.az xəbər saytı 2013-cü ildən fəaliyyət göstərir "Global Media Group" Media Şirkətlər Qrupuna daxildir. Sayt 24saat fəaliyyət göstərir Azərbaycanda və dünyada baş verən ən son xəbərləri operativ şəkildə Azərbaycan və Rus dilində oxuculara təqdim edir. Portalın əsas bölmələrində siyasət, iqtisadiyyat, cəmiyyət, dünya, idman, mədəniyyət və texnologiya xəbərləri yer alır.
Xəbərlərlə yanaşı, saytda gündəlik həyatda lazım olan məlumatlar da var. Hava proqnozu, valyuta məzənnələri və digər faydalı bölmələr. "Oxu.az" ISO 9001, ISO 14001, ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir.