Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cərimə ödəməkdən niyə yayınırıq? – VİDEO
Avtomobil idarə edəndə, təbii ki, cərimələnməyən sürücü yoxdur.
Hər bir sürücü yüngül də olsa, qayda pozuntusuna yol verir. Təbii ki, qayda pozuntularının da bir cəriməsi olmalıdır. Görəsən, sürücülər pozduqları qaydaların cərimələrini vaxtında ödəyirlərmi?
Baku TV-nin keçirdiyi sorğudan məlum olur ki, sürücülər cərimələrin yüksək olmasından şikayətçidirlər. Onlar cərimələrin ödənilməsini gecikdirmələrini məhz məbləğin yüksək olması ilə əlaqələndirirlər.
Əlbəttə ki, cərimələrin azaldılması heç də məsələdən çıxış yolu ola bilməz, axı yüksək cərimə məhz qayda pozuntularının sayını azaltmaq üçün nəzərdə tutulub.
Qonşu Rusiyada məsələdən maraqlı çıxış yolu tapılıb. Belə ki, bu ölkədə sürücü 20 gün ərzində cəriməni ödəyirsə, ona 50 faiz endirim edilir. Azərbaycanda da eyni sistem qüvvədədir, lakin bu zaman 10 gün ərzində cəriməni ödəyən vətəndaş 50 deyil, cəmi 10 faiz endirim almış olur. Gəlin razılaşaq ki, 60 manatlıq cərimənin ödənişindən 6 manat "qabağa" düşmək bəzi hallarda sürücülər üçün o qədər də perspektivli yanaşma görünmür və nəticədə ödənməyən cərimələrin sayı sürətlə artır.
Belə vəziyyətdə güzəşt məbləğinin artırılması yaxşı çıxış yolu ola bilərdi.
Baku TV-nin keçirdiyi sorğunu təqdim edirik.
Xanlar Mehdiyev
VİDEO: Ceyhun Şahbazlı
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
Rəylər